Milli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçirib

Milli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçirib Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisləri Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr və əməkdaşları müayinə edib.
Mərkəzin peşəkar həkimlərindən ibarət qrup 2 gün ərzində müasir diaqnostik avadanlıqlar vasitəsilə universitet kollektivini müayinədən keçirib.
Aksiya müddətində 200 nəfərə yaxın tələbə və universitet əməkdaşı həkim baxışından keçib. Müayinədən keçənlərdən bir qrupuna onlarda aşkar olunan patologiyaya uyğun müalicə və göstərişlər yazılıb.
ATU-nun rektoru Akif Süleymanov həkimlərlə görüşərək onlara xeyirxah iş münasibətilə kollektiv adından minnətdarlıq edib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının mütəxəssisi Səbinə Məcidova isə bu cür aksiyaları vaxtaşırı keçirməyə, eyni zamanda ortaya çıxan patologiyalarıın müalicəsi üçün hər cür köməklik göstərməyə hazır olduqlarını bildirib.

ATU-nun Mətbuat Xidməti


Milli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçiribMilli Oftalmologiya Mərkəzinin həkimləri ATU-da müayinə aksiyası keçirib

Oxşar xəbərlər