Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil edilən 14 mart Tibb bayramına qatılıb.
Prezident çıxışı zamanı Suriya məsələsi ilə bağlı bir çox məsələlərə toxunub.
“Afrində zərərsizləşdirilən terrorçuların sayı 3486-ya çatıb. Afrinə daxil olmaq üzrəyik. Bizim məqsədimiz işğal deyil, terror koridorunun terrorçulardan təmizləməkdir. Onların silah gətiridiyi yerə, biz Qızıl Aypara Cəmiyyətimizlə, Fövqəladə Hallar Nazirliyi və Diyanət Fondumuzla humanitar yardım aparırıq. Fərqimiz budur!”,- deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan çıxışı zamanı ABŞ-a da müraciət edib:
“Suriyada 20 hərbi hissə quruldu. Niyə bunlar quruldu? Bu hərbi hissələr niyə burdadır? Ya Türkiyə ya da İran. Hər halda Rusiya deyil. Bu 3-cü dünya müharibəsi anlamına gəlir. Bizim burada sərhədimiz var. ABŞ-ın sərhəddi varmı? Koalisiya qüvvələrinin sərhəddi varmı? Rusiya rejimlə birlikdə hərəkət edir, koalisiya gücləri kiminlə birlikdə hərəkət edir?”.
Qeyd edək ki, yanvarın 20-dən başlayaraq Türkiyə ordusu Suriyanın Afrin bölgəsində PKK/PYD/YPG və İŞİD terror qruplaşmalarına qarşı Zeytun budağı əməliyyatına başlayıb.
Tehsil-press.az