“Abituriyent” jurnalının birinci nömrəsi çapa hazırlanır

“Abituriyent” jurnalının birinci nömrəsi çapa hazırlanır “Abituriyent” jurnalının çapa hazırlanan birinci nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodik materiallar təqdim ediləcək.
Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər fənn üzrə qəbul və buraxılış imtahanı proqramları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları yer alacaq. Jurnal Azərbaycan və rus dillərində çap olunacaq.
Nəşrin “Ön sözü”nün müəllifi DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.
Jurnalı http://www.abiturient.az/index.php?status=elaqe&lang=az keçidində qeyd olunan ünvanlardan əldə etmək mümkündür.

Tehsil-pres.az

Oxşar xəbərlər