Azərbaycan Universiteti, ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsinin (https://www.facebook.com/eduaz/) təşəbbüsü ilə ali məktəb tələbələrinin mütərəqqi ideya və təşəbbüslərinin və şəxsi inkişafının dəstəklənməsi məqsədi ilə təsis olunan “Könüllü” Tələbə təqaüd proqramının şərtləri ictimaiyyətə açıqlanıb. Proqram eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.5-ci bəndinə müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstəyin göstərilməsi məqsədini daşıyır.
“Könüllü” Tələbə Təqaüd Proqramına ixtisasından asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Azərbaycan Respublikasının vətəndaşı olan tələbələri müraciət edə bilər. Sosial şəbəkə istifadəçilərinin rəyləri nəzərə alınaraq təqaüd proqramına müraciət üçün ixtisas məhdudiyyəti qoyulmayıb.
“Könüllü”lük hərəkatının formalaşmasındakı rolunu nəzərə alaraq təqaüd proqramında Avropa Oyunları, İslam Oyunları, Avroviziya mahnı müsabiqəsi, Bakı Şəhər Halqası Formula 1, FİFA U-17 Qadınlararası Dünya Çempionatında könüllü olan gənclərə, “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, ASAN Könüllüləri Təşkilatı, İRƏLİ İctimai Birliyi, Gənclər üçün Təhsil Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “Bir” Tələbə Könüllü Proqramı və Birləşmiş Millətlər Təşkilatının (BMT) könüllüsü olmuş və hazırda könüllü olan gənclərə üstünlük veriləcək.
Müraciət üçün tələbələr tərəfindən A4 formatında 15 səhifədən ibarət, ölçüləbilən meyarlara cavab verən və rəngli (şəkilli-izahlı) pdf və ya word formatda olmaqla, 10 MB həcmini aşmayan, elanda göstərilən mövzular üzrə təqdimatlar hazırlanaraq müvafiq elektron keçidə yüklənməlidir. Qeyd edək ki, təqdimatlar müvafiq olaraq sosial innovasiyalar, sosial xidmətlərin inkişafında informasiya texnologiyaları, kənd turizminin inkişafına aid olmalıdır.
Müsabiqə üzrə müraciətlər 25 noyabr 2017-ci il tarixi saat 18:00-dək qəbul olunacaq və təqaüd alan tələbələr 5 dekabr Beynəlxalq Könüllülər günü münasibəti ilə elan olunacaqdır.
Qeyd edək ki, “Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllif tərəfindən tələbələrin təhsil imkanlarının artırılması və tələbələrin mütərəqqi ideyalarının dəstəklənməsi üçün könüllü olaraq təqdim olunur.
Təqaüd Fondunun ümumi miqdarı 3000 manat təşkil edir. Müsabiqədə qalib seçiləcək 6 tələbə könüllüyə 500 azn məbləğində birdəfəlik təqaüd veriləcəkdir. Nağdsız ödənişlərin təşviq edilməsi məqsədi ilə veriləcək vəsait tələbənin təhsil aldığı ali təhsil müəssisəsnin hesabına köçürmə yolu ilə də ödənilə bilər. Tələbə-könüllü təhsil haqqından azaddırsa, nəzərdə tutulan vəsaitin tələbə-könüllünün xüsusi bank kart hesabına köçürülməsi nəzərdə tutulur.
Təqaüd Proqramına müraciət etmək üçün müvafiq keçid aşağıdadır:
İctimaiyyətlə əlaqələr şöbəsi