Müəllimlər üçün ikinci sosial media seminarı

Müəllimlər üçün ikinci sosial media seminarı Paytaxtda müəllimlər üçün ikinci sosial media seminarı təşkil ediləcək.
Səbail və Pirallahı rayonlarındakı ümumi təhsil müəssisələrinin internet resurslarının məsul əməkdaşları üçün reallaşdırılan seminar Milli Olimpiya Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Seminarın keçirilməsinin əsas məqsədi sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliği, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, həmçinin məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsidir.
“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilmiş seminarda rayonlar üzrə hər məktəbdən internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxslərə sosial mediadan daha fəal istifadə ilə bağlı təlim keçiriləcək. Beləliklə, sosial mediada səhifəsi olan məktəblər bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirəcək, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün isə yeni səhifələr yaradılacaq.
Sonda iştirakçılar Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Təhsil-press.az

Oxşar xəbərlər