Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"nda "Microsoft Imagine Cup" texnologiya müsabiqəsinin yerli seçim mərhələsi ilə bağlı tədbir keçirilib.
“Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən böyük miqyaslı innovasiya müsabiqəsidir.
Müsabiqənin əsas məqsədi gənc istedadların potensiallarını üzə çıxarmaq, ideyalarını reallaşdırmaq və beynəlxalq İKT arenasında təqdim etməsinə dəstək göstərməkdir.
Tədbirdə qeyd olunub ki, artıq 4-cü dəfə Azərbaycanda keçirilən bu müsabiqənin builki şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, yeni qaydalara əsasən, müsabiqədə iştirak edəcək layihələrin bir elementi "Microsoft"un "Azure" bulud məkanında yerləşdirilməlidir. Bundan başqa, mayda keçiriləcək regional yarımfinalda isə artıq bir deyil, iki komanda iştirak edə bilər.
Qalib komanda isə iyulda ABŞ-da keçiriləcək beynəlxalq finalda iştirak edəcək və müsabiqənin əsasən mükafatı - 100 000 ABŞ dolları uğrunda mübarizə aparacaq.
Milli turda iştirak etmək üçün artıq 20-dən çox komanda qeydiyyatdan keçib ki, layihələr aprelin sonunda qiymətləndiriləcək.
Tehsil-press.az