Nazir: Azərbaycanla OPEK arasındakı əməkdaşlıq sayəsində dünya neft bazarında qiymətlər sabitləşib

Nazir: Azərbaycanla OPEK arasındakı əməkdaşlıq sayəsində dünya neft bazarında qiymətlər sabitləşib Azərbaycan və OPEK sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində dünya neft bazarında qiymətlərin sabitliyi əldə edilib.
Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, ötən gün OPEK-in baş katibi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və bu görüş zamanı Azərbaycanla OPEK arasında əməkdaşlıq, beynəlxalq neft bazarında vəziyyət, digər beynəlxalq və regional məsələlər müzakirə olunub:
“Hazırda Azərbaycanla OPEK arasında OPEK+ çərçivəsində sıx əməkdaşlıq mövcuddur. Bu təşəbbüs 2016-cı ilin sonunda başlayıb və buna səbəb dünya bazarında neft qiymətlərinin qeyri-stabilliyi idi. Bu çərçivədə qiymətlərdə müəyyən sabitlik və bazarda tələb və təklif arasında balans əldə olundu. Bütün bu nailiyyətlər dünyadakı iqtisadi proseslər fonunda bəzi ölkələrdə vəziyyətin yaxşılaşmasına imkan verdi”.

Tehsil-press.az

Oxşar xəbərlər