Erdoğan Ştaynmayerlə danışdı

Erdoğan Ştaynmayerlə danışdı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə telefonla danışıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata əsasən, hər iki liderin Türkiyə və Almaniya arasındakı münasibətləri inkişaf etdirmək mövzusunda qətiyyət göstərəcəyi vurğulanıb.
Kansler Angela Merkel ilə ötən həftə keçirdiyi görüşə də istinad edən Ərdoğan, Almaniyada qurulan yeni hökumətlə də dialoq və əməkdaşlığa təkan vermək məsələsində qərarlı olduqlarına diqqəti çəkib.
Terrorizmə qarşı birgə mübarizənin əhəmiyyətinə vurğulayan Ərdoğan "Zeytun Budağı" əməliyatı haqqında da məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər