Dekan tələbələri döydürdü - Video

Dekan tələbələri döydürdü - Video Fransada dekan mövcud hakimiyyətə etiraz edən tələbələri çubuqla döydürüb.
Hadisə Fransada Monpelye Universitetinin hüquq fakültəsində baş verib.
Məlumata görə, fakültənin dekanı Filipp Petel 10-a yaxın maskalı şəxsi zala salıb və tələbələri döyərək çölə çıxardıb.
Lena adlı tələbə baş verənləri belə xatırlayıb:
“Biz təxminən 50 tələbə idik. Dekanımız çubuqlu 10 maskalı adama qapını açdı. Heç nə demədən bizi döyüb çölə çıxartdılar. Dostumu yerdə qanlar içində yatarkən gördüm. Universitet rəhbərliyi isə baş verənlərə əl çalırdı. Ağır yaralanan 3 nəfər tibb işçiləri tərəfindən aparıldı. Polis köməyə gəlmədi. Maskalı adamlar isə qaçdılar. Təhsilimiz və ölkəmiz budursa, belə yerdə yaşamaqdan qorxuram”.
Dekan isə özünü belə müdafiə edib:
“Etirazçılara qarşı olanlar elə tələbələrin özləri idi. Maskalı adam görmədim. Gördüklərimin bir neçəsi də tələbələr tərəfdə idi. Mən aksiyalara qarşı olan və dərs öyrənmək istəyən tələbələrimlə qürur duyuram”.

[media=https://bax.tv/video/19517.html]

Tehsil-press.az

Oxşar xəbərlər