Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib Azərbaycan Universitetində “31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. Bu gün açılışı olan “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası”nda baş tutan tədbirdə Universitet rəhbərliyi və müəllim – tələbə heyətindən bir qrup üzv iştirak edib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor bildirib ki, xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamlar da vardır. 1918-ci ilin mart - aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir.
Səadət Əliyeva qeyd edib ki, 1918-ci ilin soyqırımı faktları ilə bağlı həqiqətlər uzun illər saxtalaşdırılıb və dünya ictimaiyyətindən gizlədilib. Müstəqilliyin bərpasının ardından ümummilli lider Heydər Əliyevin mart soyqırımının 80-ci ildönümü ərəfəsində imzaladığı fərmandan sonra dövrün obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib, uzun illər təhrif olunmuş faktlar və həqiqətlər ortaya çıxarılıb, özünün əsl qiymətini alıb. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı isə mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addımdır.
Rektor bildirib ki, anım tədbirinin “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası”nda təşkil olunması rəmzi məna daşıyır. Çünki Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq tariximizə şanlı səhifə kimi həkk olunub.
Daha sonra rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva “Azərbaycan dövlətinin 1918-ci il Mart soyqırımına hüquqi qiymət verilməsi istiqamətində tədbirləri”, Azərbaycan Universitetinin dosenti Boran Əziz “1918-ci ilin martında türk-müsəlman soyqırımı haqqında”, Azərbaycan Universitetinin professoru Qabil Əliyev “1918-ci il soyqırımlarının qarşısının alınması tədbirləri haqqında”, AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutunun elmi katibi İradə Əliyeva “Çar Rusiyasının Şimal Qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti – soyqırımı hadisəsi kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası haqqında arayış təqdim olunub, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolu vurğulanıb. Qeyd olunub ki, anım tədbirləri tariximizdə baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olaraq dəyərləndirilməlidir.
Tədbir “1918-ci ilin Mart soyqırımı sənədlərin dili ilə” videoçarxının nümayişi ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər