Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) 2018-ci il üçün iqtisadiyyat, hüquq və siyasi elmlər üzrə doktorluq tədqiqat qrantı elan edir.
Bioloji, radioloji və ya nüvə silahlarının inkişafı və istiqamətləri, strateji ticarət nəzarəti, milli və beynəlxalq ticarət nəzarəti sistemləri kimi sahələri əhatə edir.
Proqramda Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova universitetlərində magistr dərəcəsi almış sosial elm sahəsindəki aspirantlar (vətəndaşlığından asılı olmayaraq) iştirak edə bilərlər. Müraciət etmək istəyənlər Avropa İttifaqı (Aİ) universitetlərinin doktorluq proqramında qeydiyyatdan keçməli və iki supervayzora malik olmalıdır. Onlardan biri Aİ-nın hər hansı universitetində qeydiyyatdan keçmiş və akademik vəzifəsi olan şəxs, digəri isə UETM-də akademik vəzifəyə sahib olmalıdır.
UETM Xüsusi Araşdırmalar Fondu doktorluq tələbəsinə 2018-ci ilin sentyabrından başlayan dördillik müqavilə təklif edir. Müqavilənin başlanğıc tarixi ərizəçinin tələbi ilə dəyişdirilə bilər. Lakin müqavilə noyabrdan gec olmayaraq bağlanılmalıdır.
Tədqiqat üçün lazım olan büdcə qiymətləndirilməli və müraciətdə təqdim edilməlidir.
Ərizə üçün lazım olan bütün məlumat və sənədlər ingilis dilində [email protected] elektron poçtu ilə UETM-ə göndərilməlidir.
Müraciətlər mayın 15-dək qəbul olunur.
Daha ətraflı məlumatı http://www.stcu.int/news/index.php?id=476 linkində almaq mümkündür.
Tehsil-press.az