Elmi-tədqiqat proqramları ilə bağlı respublika müsabiqəsi elan olunub

Elmi-tədqiqat proqramları ilə bağlı respublika müsabiqəsi elan olunub Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə 2018-2020-ci illər üçün elmi-tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan olunub.
Müsabiqəyə təqdim edilən proqramlar hazırlandığı zaman dünyada elmin, texnologiyaların inkişaf meyilləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir. Müsabiqəyə qatılacaq proqramlar fizika-riyaziyyat, texnika, kimya, biologiya, tibb, Yer, humanitar və ictimai elmlər sahələrini əhatə etməlidir. Elmi-tədqiqat proqramlarının rəhbərləri yalnız AMEA-nın həqiqi və müxbir üzvləri olmalıdırlar. Proqramların icrasında AMEA-nın, habelə respublikanın digər elm və ali təhsil müəssisələrinin alim və mütəxəssisləri iştirak edə bilərlər.
İcra müddəti üç ildən çox olmayan elmi-tədqiqat proqramlarının smeta dəyəri bir il üçün 200 min manatı keçməməlidir. Proqramlar müəyyənləşdirilmiş formaya uyğun tərtib olunmalı, fevralın 10-dək iki nüsxədə elektron variantı ilə birlikdə AMEA-nın Elm və Təhsil İdarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 502-ci otaq) təqdim edilməlidir.

Təhsil-press.az

Oxşar xəbərlər