ADU-da fransızdilli universitetlərin I forumu keçirilib

ADU-da fransızdilli universitetlərin I forumu keçirilib Aprelin 12-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Frankafoniya Universitet Mərkəzi və Fransanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində fransızdilli universitetlərin I forumu keçirilib.
Forumu giriş sözü ilə açan Fransanın Azərbaycandakı səfiri Orelia Buşezi forumun keçirilməsi üçün göstərilən dəstəyə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirib: “Mən bu forumda Fransa səfirliyinin iştirakına görə qürur hissi keçirirəm, eyni zamanda, fransız dilini öz tədris dili kimi seçən ölkələrin nümayəndələrinin burada olmasından məmnunam. Azərbaycan Dillər Universitetində təhsil alan tələbələrin Fransız dilində tədrisi davam etdirmələrinin iki önəmli cəhətini vurğulamaq istərdim. Birincisi, Fransa və Azərbaycan arasında təhsil və elm əlaqələrinin inkişafı sürətlənəcək, ikincisi fransızdilli ölkələrdə yaşamaq üçün şərait yaranacaq”.
Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov son dövrlərdə Azərbaycanda təhsillərini fransız dilində təhsil almaq istəyənlərin sayının artdığını deyib: “Təhsil Nazirliyi və Fransanın ali təhsil müəssisələri arasında təhsil sahəsində uğurlu layihələr həyata keçirilir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Fransanın Monpelye Universiteti arasında ikili diplom razılaşması, Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutu ilə müxtəlif universitetlər arasında müqavilələrin bağlanması və baş əlaqələndiricinin Fransanın Monpelye Universitetinin olduğu “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsinin yaradılması Azərbaycan
Fransa arasında elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”. O, tələbələri Azərbaycanda təhsil sisteminin inkişafına yönələn forumdan faydalanmağa səsləyib.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova ADU və Strasburq Universiteti arasında Profesional Tərcümə və Konfrans Tərcüməsi üzrə Magistr Diplom delokalizasiya proqramı, Erasmus+ KA1 mobillik proqramı çərçivəsində Avropa Birliyi universitetləri ilə ikitərəfli münasibətlər barədə danışıb.
Forumun digər iştirakçıları Rumıniya səfiri Dan İanku, Belçikan səfiri Bert Skufs, Moldova səfiri George Leuka, Macarıstan səfiri Viktor Sederkenyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas I forumun əhəmiyyətindən söz açıblar və tələbələri öz ölkələrində fəaliyyət göstərən fransızdilli universitetlərdə təhsil almağa dəvət ediblər.
Daha sonra Azərbaycan Texniki Universitetinin Texnoloji kompleks və Xüsusi texnika kafedrasının müdiri, professor Həsən Hüseynov, “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsinin koordinatoru Vüsalə Qurbanova, Moldova Dövlət Universitetinin nümayəndəsi Elena Prus və digərləri fransızdilli universitetlərdə təhsillə bağlı təqdimatlar ediblər.
Forumun sonunda ADU tələbələrinin hazırladığı məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri tamaşa olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilibADU-da fransızdilli universitetlərin I forumu keçirilib

Oxşar xəbərlər