Hərbi xidmətdən yayınmaq üçün kökələn şəxs həbs edildi

Hərbi xidmətdən yayınmaq üçün kökələn şəxs həbs edildi Cənubi Koreyada iki illik məcburi hərbi xidmətdən yayınmaq üçün qəsdən kökəlməyə cəhd edən şəxs həbs edilib.

Bu barədə “The Korea Herald” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Donqbu Rayon Məhkəməsi adı açıqlanmayan 26 yaşlı gəncin hərbi xidmət qanununu pozduğuna qərar verib.

Məhkəmə sözügedən şəxsin hərbi xidmətə yararlılığı ilə bağlı imtahandan əvvəl gündəlik yediyi yemək və suyun miqdarını qəsdən artırdığına qərar verib və o 1 il müddətinə azadlıqdan məhrum edilib.

26 yaşlı gənclə yanaşı, onu bu plana həvəsləndirən dostu da cəzalandırılıb.

Hərbi xidmətdən yayınmaq istəyən gəncin dostunun hazırladığı siyahı əsasında kökəldiyi üzə çıxıb.

Adı açıqlanmayan dost təqsirini qəbul etdiyindən və daha əvvəl heç bir cinayət törətmədiyindən ona yüngül cəza verilib.

Tehsil-press.az

Oxşar xəbərlər