Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Əməkdar Elm Xadimi, akademik Əşrəf Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimin mənalı ömür yolundan, elmi yaradıcılığından, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri kimi fəaliyyətindən danışıb. Akif Əlizadə ölkəmizin tarixində riyaziyyat üzrə üçüncü azərbaycanlı elmlər doktoru dərəcəsi almış akademik Əşrəf Hüseynovun riyaziyyatın “İnteqral tənliklər və onların tətbiqi” istiqamətində görkəmli mütəxəssis kimi tanındığını bildirib. Alimin əldə etdiyi fundamental nəticələrin inteqral tənliklər nəzəriyyəsində dönüş yaratdığını deyən AMEA rəhbəri bu istiqamətdəki tədqiqatlar sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbinin yarandığını diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə riyaziyyat elminin inkişafında, bu sahə üzrə kadrların yetişdirilməsində Əşrəf Hüseynovun əvəzsiz xidmətlərindən danışıb. Onun Azərbaycanda ilk riyaziyyatçı alimlərdən olduğunu deyən F.Qurbanov diqqətə çatdırıb ki, Əşrəf Hüseynovun rəhbərliyi ilə 30-dan çox fəlsəfə və elmlər doktorluq dissertasiyası müdafiə olunub.
Sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun “Akademik Əşrəf Hüseynovun elmi irsinin aktuallığı" mövzusunda məruzəsi dinlənilib.
Tədbir çıxışlarla davam etdirilib.
Kəmalə Rəhimli