"Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup may ayında yaradıla bilər

“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun may ayında yaradılması nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəylinin sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsi III oxunuş üçün müzakirələrdən keçdikdən sonra “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi üzərində işin aparılması nəzərdə tutulur:
“Yəqin ki, may ayında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq və bu sahə üzrə dünya təcrübəsi öyrəniləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər