ABŞ Şimali Koreyaya qarşı sanksiyaların ləğv olunması üçün şərtləri açıqlayıb

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların ləğv olunması üçün şərtləri açıqlayıb ABŞ Şimali Koreyaya qarşı sanksiyaları denuklearizasiyası üzrə konkret addımlar görməyənə qədər ləğv etməyəcək.
Bunu brifinq zamanı Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
S.Sanders deyib: "Bizim məqsəd - yarımadanın denuklearizasiyasıdır. Biz tam denuklearizasiya üzrə konkret fəaliyyət görməyənə qədər maksimum təzyiq göstərilməsi ilə bağlı kampaniyanı davam etdirəcəyik. Biz Şimali Koreya tərəfindən konkret tədbirlər görməyənə qədər heç bir sanksiya ləğv edilməyəcək".
Sanders qeyd edib ki, ABŞ Phenyanın sözlərinə inanmır.

Tehsil-press.az

Oxşar xəbərlər