“Azərbaycan türkcəsi İranın ətirli çiçəyidir” - Həsən Ruhani

“Azərbaycan türkcəsi İranın ətirli çiçəyidir” - Həsən Ruhani İran prezidenti Həsən Ruhani Azərbaycan türkcəsinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
O, Azərbaycan türkcəsində lazımi kitabların çap edilməsi üçün göstəriş verdiyini bildirib:
“Bu dil bu torpaqların iftixar vasitəsi və ətirli çiçəklərindəndir. Biz bu vətənlə, bu xalqla, bu torpaqlarla fəxr etməliyik.
Xatırladaq ki, H.Ruhaninin bu açıqlamaları onun müavini Əli Yunesinin iki gün əvvəl “Azərbaycanlılar türkdilli farsdər” və s. kimi türklərə təhqirli sözlərinə parlamentdəki türk deputatların reaksiyasından sonra verib.
Qeyd edək ki, cümə günü İran və Rusiya arasında fars və rus dillərinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə “ikinci dil” kimi tədris edilməsi təklifi də İran türklərin etirazına səbəb olmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər