Bu gün Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş “Koordinasion Birləşmələr kimyası: analitik kimyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyeva böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşüb. Alimin həyat və fəaliyyətinin bəzi məqamlarına toxunan rektor qeyd edib ki, yarım əsrdən artıq elmi və pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Bu sahədə Rəfiqə xanım üzvi reaktivlərin köməyi ilə metal ionlarının ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, təyini və onların ayrılması metodikasının işləyib hazırlayıb, ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Onun rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr edilmiş çoxsaylı doktorluq və namizədlik dissertasiyası müdafiə edilib, Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” 2 cilddə və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib və bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.
Daha sonra çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, akademik Valeriy Lunin, AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Rusiya Elmlər Akademiyası prezidiumunun üzvü Aslan Celadze, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək Rəfiqə xanım Əliyevanın səmərəli elmi fəaliyyətindən, kimya elminin inkişafına verdiyi töhfələrdən, bütün bilik və bacarığını yüksək ixtisaslı kadrların hazırlanmasına sərf etdiyindən, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaratdığından bəhs ediblər.
BDU-nun professoru Ülviyyə Həsənovanın moderatorluğu ilə davam edən plenar məruzələr dinləndikdən sonra bölmə iclasları öz işinə başlayıb. Konfrans öz işini iki gün davam etdirəcək və beş bölmədə 11 ölkədən gəlmiş iştirakçılar tərəfindən 182 elmi məruzə dinləniləcək.
Huseyn Şərifov