Təhsil haqqında qanuna dəyişikliklər ediləcək. Yeni qanuna əsasən, uşaqlar bağçaya bir yaşından gedə biləcək. Layihə Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilib.
Xəzər Tv xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin rəhbəri İsa Həbibəyli 2009-cu ildə Təhsil haqqında qanun qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin zəif olduğunu bildirib. Amma indi şəbəkə genişləndiyi üçün məktəbəqədər təhsilin 1 yaşdan başlanılması qərara alınıb.
İsa Həbibəyli deyir ki, uşaqların 1 yaşından bağcaya verilməsi məcburi deyil. Məktəbəqədər təhsil haqqında qanuna görə, uşaqlarin məktəbəqədər müəssisələrə verilməsi konüllülük prinsipi əsasındadır.
Layihə Milli Məclisin plenar iclasında müzakirə ediləcək.
Tehsil-press.az