Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilib

Azərbaycan Kooperasiya Universitetində 3 may 2018-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci il ildönümünə həsr olunmuş "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən konfrans Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin Azərbaycan gəncləri haqqında bildirdikləri fikirlər və tövsiyyələr barəsində hazırlanmış qısa filmin nümayişi ilə açıq elan olundu.
Konfransı giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Tədris İşləri üzrə prorektoru Fikrət Quliyev bildirdi ki, "Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Ulu Öndər Heydər Əliyevin apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi".
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Vətənpərvərlik və vətədaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov da çıxış edərək vurğuladı ki, "Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir".
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək qeyd etdi ki, "Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Dövlət Gənclər Siyasəti gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Bu gün həmin siyasət onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir".
Digər çıxış edənlər, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədrinin müşaviri Hüseyn Babayev, Universitetin Ekspertiza və əmtəəşünaslıq kafedrasının müdiri, professor Vilayət Əliyev, AKU Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov da Xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan və onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışaraq, bu siyasi kursun hələ yüz illərlə Azərbaycanı inkişaf etdirəcəyinə əmin olduqlarını bildirdilər.

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilibAzərbaycan Kooperasiya Universitetində "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilibAzərbaycan Kooperasiya Universitetində "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilibAzərbaycan Kooperasiya Universitetində "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilibAzərbaycan Kooperasiya Universitetində "Azərbaycan Gəncliyi və Heydər Əliyev" mövzusunda konfrans keçirilib

Oxşar xəbərlər