Dekabrın 23-də Qərbi Kaspi Universitetində (Qərb Universiteti) bu ali məktəb Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) və Azərbaycan Kulturoloqlar Cəmiyyəti ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Kulturologiya və güclü dövlət” mövzusunda kulturoloji seminar keçirib.
Seminarda kulturoloq, “Simurq” AMA-nın prezidenti, professor Fuad Məmmədovun “Kulturologiya, mədəniyyət və güclü dövlət”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın “ADR-də dini və etnik xüsusiyyətlərin tənzimlənməsi dövlət siyasəti”, kulturoloq, tarix üzrə fəlsəfə doktoru Tahir Behbudovun “Mədəniyyət və milli təhlükəsizlik”, Qərbi Kaspi Universitetinin ictimai elmlər kafedrasının müəllimi Elşad Əzimovun “ADR-in mədəni quruculuq sahəsindəki tədbirləri" mövzularında məruzələri dinlənilib.
Hikmət Əliyev