İyunun 23-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin siyasi işlər bölməsinin müdiri Can Xaynin ilə görüşüb.
Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib. “Biz istərdik ki, Dillər Universiteti olaraq Çində tərəfdaşlar tapaq”-deyən K.Abdulla bu ölkənin universitetlərinin birində Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılmasını təklif edib. O, qeyd edib ki, artıq bu prosesə start verilsə də, Çin kimi bir dövlətdə təkcə bir universitetlə kifayətlənmək olmaz və başqa ali təhsil müəssisələri ilə əməkdaşlıq qurulması da məqsədəuyğundur. “Hesab edirəm ki, bizim sıx əməkdaşlığımız üçün çox etibarlı perspektivlər var. Biz öz dövlətlərimiz və xalqlarımızın mənafeyi naminə işləyəcəyik”. O, Çinin Azərbaycandakı səfirini ADU-nun “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib.
Səmimi qəbula görə təşəkkür edən C.Xaynin səfirin “Səfir saatı” klubunda mühazirə oxumaq dəvətini böyük məmnuniyyətlə qəbul edəcəyinə ümid etdiyini bildirib. O, Konfutsi İnstitutuna verilən dəstəyə görə təşəkkür edib və Çin səfirliyinin ADU-nun onun ölkəsinin ali məktəbləri ilə əməkdaşlıq niyyətinin gerçəkləşməsinə kömək edə biləcəyini vurğulayıb. Diplomat universitet təmsilçilərini payızda Çinə planlaşdırılan səfərə dəvət edib.

ADU-nun Mətbuat Xidməti