Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
Səfiri salamlayan K.Abdulla onun universitetə gəlişini yeni və xüsusi münasibətlərin başlanğıcı kimi qiymətləndirib. Rektor bildirib ki, ADU-da ispan dili tədris olunur: “Bizim Meksikanı da öyrənməklə bağlı arzu və ümidlərimiz var. Ümid edirəm ki, siz bu arzularımızın həyata keçirilməsində bizə yardımçı olacaqsınız”. K.Abdulla tələbələrin Meksika barədə daha ətraflı məlumatlanmasını təmin etmək üçün səfiri “Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib. O, əlavə edib ki, ADU-da İspan dili mərkəzi fəaliyyət göstərir və çox yaxşı olardı ki, Meksika universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılsın: “Biz istərdik ki, öz mədəniyyətimizi Meksikada da təbliğ etmək şansına malik olaq. Bu, qarşılıqlı faydalı olardı. Biz bu istiqamətdə sizdən dəstək gözləyirik”.
Öz növbəsində səfir səmimi qəbula görə K.Abdullaya təşəkkür edib. “Səfir saatı” klubunda mühazirə oxumağa məmnuniyyətlə razılıq verən diplomat əlavə edib ki, mühazirəsində ölkəsi haqqında təqdimatla çıxış edəcək. X.R.L.Flores ADU-da tələbələr üçün müəyyən tədbirlərin keçirilməsini təklif edib. Onun sözlərinə görə, burada danışıq klubu, kinoklub, oxu dərnəkləri təşkil etmək, müəyyən əsərlərin müzakirəsini aparmaq olar: “Dediklərim yalnız ideyaların panoramasıdır. Əsas məqsədlərdən biri Meksika mədəniyyətinin təbliğidir”. Səfir Meksikada xüsusi qeyd olunan “Ölülər günü”nün burada da keçirilməsini təklif edib və bu günün mahiyyəti haqqında ətraflı məlumat verib. Ona cavab olaraq rektor K.Abdulla bildirib ki, ADU sadalanan tədbirlərin təşkilinə köməklik göstərməyə hazırdır. Eyni zamanda universitet Azərbaycanda olan multikultural mühitin Meksika multikulturalizmi ilə müqayisəli şəkildə öyrənilməsində maraqlıdır. Buna görə də Meksika universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması və “Azərbaycan multikulturalizmi” fənninin tədris edilməsi məqsədəuyğun olardı: “Belə bir mərkəzin açılması Meksikada Azərbaycan, Azərbaycanda isə Meksika lobbisinin yaranmasına gətirib çıxara bilər. Mənə elə gəlir ki, bu istiqamətdə görəcəyimiz işlər hər iki xalqın mənafeyinə xidmət edəcək”. Səfir bu təklifi maraqla qarşılayıb və bildirib ki, Meksika universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində araşdırmalar aparacaq.
Görüşün sonunda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və K.Abdullanın ispan dilində çap olunmuş pyesi hədiyyə olunub.
ADU-nun Mətbuat xidməti