ABŞ və Yunanıstan ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər

ABŞ və Yunanıstan ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər ABŞ Dövlət katibi Maykl Pompeo və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər.
Bunu ABŞ Dövlət Katibliyinin mətbuat xidmətinin rəhbəri Hezer Hauert deyib.
"Dövlət Katibi Pompeo və nazir Kotzias ikitərəfli münasibətlərin əla vəziyyətini müzakirə etdilər və əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər", - deyə Hauert bildirib.
Onun sözlərinə görə, Pompeo Kotziasa "ABŞ-ın Yunanıstana bundan sonra da iqtisadiyyatın bərpasına dair səyləri üzrə dəstək verəcəyinə" söz verib.

Tehsil-press.az

Oxşar xəbərlər