13 yaşlı uşağı oğurladılar - Ailəsindən bitkoin tələb edirlər

13 yaşlı uşağı oğurladılar - Ailəsindən bitkoin tələb edirlər Cənubi Afrikanın Mpulamanga əyalətindən cinayətkar qrup 13 yaşlı uşağı oğurlayaraq ailəsindən fidyə tələb ediblər.
Cinayətkarlar girovu sərbəst buraxmaq qarşılığında dəyəri 120 min dollar olan 15 bitkoin istəyiblər.
Onlar bitkoinlərin 27 maya qədər hesablarına köçürülməsini tələb ediblər. Əks təqdirdə uşağı öldürəcəklərini və cinayət anını videoya çəkərək göndərəcəklərini bildiriblər.
Hazırda hüquq-mühafizə orqanları cinayətkarların tapılması istiqamətində axtarışları davam etdirir.
Qeyd edək ki, son bir ildə C.Afrikada 19 uşaq oğurlanıb. Onlardan yalnız 15-i ailəsinə qovuşub.

Tehsil-press.az

Oxşar xəbərlər