Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Cahan Həşimzadə “UNEC-də 1 gün” layihəsində iştirak edib.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil almaq istədiyini bildirən Cahan Həşimzadə universitetə hazırlaşdığı gündən hədəfinin UNEC olduğunu açıqlayıb: “UNEC-in nailiyyətlərini yaxından izləyirəm. Seçimimin UNEC olmasının səbəbi çoxdur. Burada təhsilin daha keyfiyyətli olduğunu düşünürəm, imtahanların şəffaf və obyektiv təşkil olunması məni cəlb edir. Universitetə 600-dən yüksək bal toplayaraq qəbul olunan hər kəsə və imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə xüsusi təqaüd verilməsi əladır. Bilirəm ki, 4 il ərzində 2 diplomu ancaq UNEC-də qazana bilərəm. Valideynlərim də UNEC-i tövsiyə edir. Bir sözlə, mənim arzum sadəcə tələbə adını deyil, UNEC tələbəsi adını qazanmaq olub. Son iki il ərzində ən yüksək nəticə göstərən abituriyentlərin seçimi də məhz UNEC idi, hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirdim, ən yüksək nəticəni göstərməliydim. Çalışdım və bacardım!”
C.Həşimzadə ötən tədris ilində 700 bal toplayaraq UNEC-ə qəbul olan Cavad Əliyev və Arzu Məmmədzadə ilə də görüşüb. UNEC-in tələbələri ona beynəlxalq və ikili diplom proqramları, Elektron Universitet Modeli, tədris prosesi barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, UNEC dünyanın qabaqcıl univeristetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir.
C.Həşimzadə ilə birlikdə imtahanlardan 600-dən yüksək bal toplayan dostları da UNEC-in bir günlük tələbələri olublar. C.Həşimzadə DİM-in keçirəcəyi ikinci imtahanlara qatılacaq dostlarına kömək etdiyini də bildirib.
Onlar ingilis dilində iqtisadiyyata giriş fənnini dinləyiblər.
Beynəlxalq İqtisadiyyat Məktəbində unudulmaz bir gün keçirdiyini bildirən Cahan Həşimzadə və dostları yeni tədris ilinə UNEC-də başlayacaqlarını bildiriblər.

UNEC-in Mətbuat Xidməti