Paytaxt məktəblərində “Məqsədli karyera” mövzusunda təlimlər davam edir

Paytaxt məktəblərində “Məqsədli karyera” mövzusunda təlimlər davam edir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində şagirdlər üçün “Məqsədli karyera” mövzusunda təlimlər keçirilir.
“Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi yuxarı sinif şagirdlərinin ixtisas seçiminə dəstək vermək, müvafiq bilik və bacarıqların vacibliyini onların diqqətinə çatdırmaqdır. Həmçinin məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirməkdir.
Yeddi sessiyadan ibarət təlimlərdə şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinə aydınlıq gətirilir. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında araşdırılaraq müzakirə edilir.
Qeyd edək ki, təlimlərdə 15 məktəbdən 400 şagirdin iştirakı nəzərdə tutulub. Təlim başa çatdıqdan sonra fəal və seçilmiş şagirdlər üçün peşəkarlarla görüş, “İşdə bir gün” təcrübə proqramı təşkil olunacaq.

Hüseyn Şərifov


Paytaxt məktəblərində “Məqsədli karyera” mövzusunda təlimlər davam edirPaytaxt məktəblərində “Məqsədli karyera” mövzusunda təlimlər davam edir

Oxşar xəbərlər