Aya ilk turist uçuşu təxirə salındı

Aya ilk turist uçuşu təxirə salındı “SpaceX” şirkəti Ay orbitinə ilk kosmik turistlərin uçuş vaxtını təxirə salıb.
Startın 2018-ci ilə planlaşdırılmasına baxmayaraq, şirkət heç bir səbəb açıqlamadan onu 2019-cu ilin ortalarına keçirib. Uçuş vaxtının növbəti dəfə dəyişdirilməsi də istisna edilmir.
“SpaceX” nümayəndəsi Ceym Qlison uçuşun təxirə salınması faktını təsdiq edərək bildirib ki, şirkət Yer peykinə turist uçuşları ilə bağlı planlarından imtina etməyi düşünmür.
Qeyd edək ki, “Space X” şirkətinin təsisçisi İlon Mask “Big Falcon Rocket” (BFR) sisteminin layihəsini 2017-ci ilin sentyabrında təqdim edib. Sistemə yüksək ağırlıqlı çoxdəfəli raket (birinci pillə) və 100 nəfərlik sərnişin tutumuna malik pilotlu hava gəmisi (ikinci pillə) daxildir. O, yerətrafı uçuşlar, kosmik aparatların buraxılışı, eləcə də Ay və Marsa missiyalar üçün nəzərdə tutulub. Son nəticədə layihənin “Space X” şirkətinin bütün mövcud və yaradılan raket və gəmilərini əvəz edəcəyi planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, 10 il ərzində istifadəyə veriləcək “BFR”, həmçinin Yer hüdudlarında və ya Marsa təxminən 100 nəfərin daşınmasına hesablanacaq. Plana görə, nəqliyyat sistemi insanı təqribən 1 saata Yer kürəsinin istənilən guşəsinə çatdıracaq. Biletin qiyməti isə Transatlantik təyyarə uçuşları üçün ekonom sinfindən baha, biznes sinfindən isə ucuz (bir neçə min dollar) olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər