BDU tələbələri dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti barədə məlumatlandırılıb

BDU tələbələri dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti barədə məlumatlandırılıb Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin iniştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tədbir Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 10 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə baş tutub.
DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışıb və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib.
Tədbirdə DİM-in əməkdaşları tərəfindən iki təqdimat keçirilib. Qurumun sektor müdiri və şöbə müdiri - Kamil Baxşəliyev dövlət qulluğuna qəbul mexanizmləri,dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında,karyerada inkişaf və Vüqar Əkbərov isə DİM-in dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə məlumat veriblər.
Tədbir iştirakçıların çoxsaylı suallarına cavabla başa çatıb.

Kəmalə Rəhimli


BDU tələbələri dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti barədə məlumatlandırılıb BDU tələbələri dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti barədə məlumatlandırılıb BDU tələbələri dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti barədə məlumatlandırılıb

Oxşar xəbərlər