“Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Lissabon şəhərinə təlim səfəri

“Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Lissabon şəhərinə təlim səfəri Litvanın Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” layihəsi çərçivəsində Portuqaliyanın Lissabon şəhərinə təlim səfəri həyata keçirilib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Şəhərsalma və Arxitektura Dövlət Komitəsi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxil olub. İştirakçılar Portuqaliyanın Dövlət İdarəetməsi və Məşğulluq üzrə Baş Direktoratlıq, Dövlət qulluğunda Dövlət İşçilərinin Kvalifikasiyası üzrə Baş Direktoratlıq, Təhsil və Elm üzrə Baş Katiblik, İqtisadi Fəaliyyətlər üzrə Baş Direktoratlıq və iki yerli idarəetmə orqanı olan Lissabon və Kaşkais bələdiyyələrinə səfər edərək Portuqaliyada dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi sistemi və ümumilikdə bu ölkənin dövlət idarəetməsi, dövlət qulluğu, dövlət qulluğuna qəbul və əməkhaqqı sistemi barədə məlumat alıblar.
Təlim səfəri Avropa İttifaqının üzvü olan növbəti bir ölkənin qabaqcıl təcrübəsi barədə məlumat toplamaq imkanı verib. Əldə olunan biliklər Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün “Tvinninq” layihəsində istifadə ediləcək.

Təhsil-press.az

Oxşar xəbərlər