MBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilib

MBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilib 04 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupu, həmçinin, “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri arasında görüş keçirilib.
Görüşdə MBNP əməkdaşları, ABA-nın “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun üzvləri və “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri iştirak edib.
Görüş çərçivəsində MBNP tərəfindən mövcud tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydası” üzrə hazırlanmış dəyişikliklər layihəsi müzakirə edilib.
Bu məsələ ilə ilə bağlı bankların təklifləri dinlənilib və sonda hər bir bankın rəyinin hazırlanaraq ABA-ya təqdim olunması qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilibMBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilibMBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilibMBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilibMBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilibMBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilibMBNP ilə ABA-nın Ekspert Qruplarının üzvləri arasında görüş keçirilib

Tehsil-press.az


Oxşar xəbərlər