Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin valideynlərinin bir qrupu universitetdə keçrilən 2017-2018-ci tədris ilinin yaz sessiyasının imtahan prosesini növbəti dəfə izlədi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qonaqları salamladı, valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdi. Bildirdi ki, imtahan başlayandan mütamadi olaraq universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə SDU-da və eyni zamanda Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində imtahan prosesi izlənilir. Məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər cür şərait yaradıldıldığını qeyd edən prorektor onu da diqqətə çatdırdı ki, rektor professor Elxan Hüseynovun müvafiq əmri ilə sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədi ilə İmtahan qərargahı və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və universitetin tədris binalarında Müraciət və təkliflər qutuları asılıb. Qeyd edim ki, imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlanma qərargahında kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda 17 baldan yuxarı bal toplayan və müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, ondan şifahi imtahan götürülür və qiyməti artırılır. Əgər cavab qaneedici olmasa, əvvəlki qiymət saxlanılır.
Dosent Ramiz Hüseynov və fakültə dekanlarının iştirakı ilə valideynlər imtahanların gedişini izləmək üçün ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində oldular. İmtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılmış əlverişli təhsil mühitindən razı olduqlarını bildirdilər. Qonaqlar universitetdə yaradılmış şəraitlə tanış oldular. Ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və zəngin elektron kitabxanada oldular.
Sonra universitetin rektoru professor Elxan Hüseynov valideynlərlə görüşdü. Onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verdi. İmtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şərait yaradıldığını qeyd etdi. Valideynlərin təkliflərini dinlədi və onları maraqlandıran sualları cavablandırdı.Görüşdə rektor həmçinin Sumqayıt Dövlət Universitetində elmin, təhsilin inkişafı istiqamətində gerçəkləşən uğurlu layihələrdən və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs etdi.
Valideynlər də öz növbələrində yaradılmış şəraitə görə rektor professor Elxan Hüseynova dərin təşəkkürlərini ifadə etdilər.

SDU-nun Mətbuat Xidməti