Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair növbəti “Açıq qapı” günü keçirildi.
Əvvəlcə qonaqları rektor professor Elxan Hüseynov qəbul edərək imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 19 dekabr 2017-ci il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018 – ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanların şəffaflığının təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinə şərait yaradılması öz əksini tapıb. Bu əmrin icrası ilə bağlı Sumqayıt Dövlət Universitetində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başladı. Universitetin Elmi Şurasının 20 dekabr 2017-ci il tarixli iclasının qərarı ilə SDU-nun rektorluğu yanında “İctimai Nəzarət və Məsləhət Şurası” yaradıldı. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bilal Məmmədov – sədr, AzərTac-ın bölgə müxbiri Ətrabə Rzayeva -müavin, BakuNews.az saytının əməkdaşı Könül İsayeva- katib təyin olundular. Onlar imtahanın gedişinə ciddi nəzarət edirlər.Rektor onu da bildirdi ki, universitetdə sessiyanı normal şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. SDU-da payız semestrinin imtahan sessiyası dekabrın 29-dan başlayıb. Fevralın 2-dək davam edəcək imtahan sessiyası 7 fakültənin əyani şöbəsi üzrə aparılır. İmtahanların gedişinə həmçinin nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunur. İmtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir.SDU-da semestr imtahanları yazılı şəkildə və mərkəzləşdirilmiş qaydada keçirilir. Universitetdə Operativ Qərargah, və “Qaynar xətt” fəaliyyət göstərir. Qiymətlərinə etirazı olan tələbələr apelyasiya komissiyasına ərizə ilə müraciət edir. Bütün məsələlər tez bir zamanda öz həllini tapır. Tələbələrin biliyinin qiymətləndirilməsi istiqamətində universitetdə hər cür şərait yaradılıb. Bu da ölkəmizin kadr potensialının formalaşmasına təkan verir.
Rektor professor Elxan Hüseynov qonaqlara həmçinin Sumqayıt Dövlət Universitetinin 55 ildə keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələrindən bəhs etdi. Bildirdi ki, yaxın zamanda Sumqayıt Dövlət Universitetinin inşa ediləcək iki yeni tədris binalarının təməlqoyma mərasimi keçiriləcək. Bütün bu uğurlar onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir və Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Sonra nümayəndə heyəti, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları, AzərTac-ın bölgə müxbiri Ətrabə Rzayeva, “Təhsil –Press.az” İnformasiya Agentliyinin rəhbəri Əkbər Hüseynzadə, RİA24.az saytının rəhbəri Raziyyə İmranqızı, Xeberman.com saytının rəhbəri Samir Aslan, Qanuninfo.az saytının rəhbəri Ağasəf Bağışov, BakuNews.az saytının əməkdaşı Könül İsayeva, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bilal Məmmədov, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi, Gülməmməd Həmzəyev, Sumqayıt şəhər 5№ musiqi məktəbinin müəllimi Gülşən Hacıyeva, Qarabağ əlili Laçın Hüseynov Mühəndislik, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat, Kimya və biologiya fakültələri üzrə keçirilən imtahan auditoriyalarında valideynlərin də imtahan prosesini müşahidə etdiklərini gördülər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar, yazılı imtahan işlərinin kodlaşdırılması otağında oldular, imtahanların obyektiv keçirilməsi barədə fikir mübadiləsi apardılar. Tələbələr də öz növbələrində yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər.
Müşahidəçilər tələbələr üçün yaradılan şəraitə görə SDU-nun rektoru, professor Elxan Hüseynova minnətdarlıqlarını bildirdilər. Universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq milli təhsilimizə böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinə uğurlar dilədilər.
Sonda İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri qərara gəldilər ki, imtahanın sessiyasını gedişini mütəmadi olaraq izləyəcəklər.
SDU-nun Mətbuat Xidməti