İyunun 28-də Bakı Ali Neft Məktəbində (BANM) “Məzun günü” keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərləri, ali məktəblərin rektorları, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
Məzunları təbrik edən BANM-in rektoru Elmar Qasımov onlara uğurlar arzulayıb. O deyib: “Əminəm ki, bu gün məzun olan tələbələrimiz keçənilki məzunlarımız kimi Azərbaycanı, o cümlədən BANM-i yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Növbəti dərs ilindən isə bakalavriat pilləsi üzrə yeni ixtisasın tədrisinə başlanacaq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, BANM Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutaraq ölkəmizə potensiallı mütəxəssislər bəxş edir”.
E.Qasımov diqqətə çatdırıb ki, BANM-in ötənilki ilk məzunlarının hamısı işlə təmin olunub. Bu gün həmin gənclər SOCAR, Türkiyədəki “Star” neft emalı zavodu, “Azneft” İstehsalat Birliyi, Azərikimya” İstehsalat Birliyi, Heydər Əliyev adına neft emalı zavodu, BP, “Halliburton”, “Maire Tecnimont” və bu kimi şirkətlərdə vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər.
2012-ci ildən BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz məzunları təbrik edib. O, Heriot-Vatt Universitetinin tədris proqramlarını uğurla tətbiq edən və yüksək nəticələr göstərən BANM-in təhsil sahəsində dünya standartlarına tam cavab verdiyini vurğulayıb.
BANM-in yaranma tarixindən danışan SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev deyib: “2011-ci ildə dövlətimizin başçısı Azərbaycanda yüksək texnoloji biliklərə sahib ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq ali məktəbin yaradılmasını qarşımıza vəzifə qoydu. Çəkilən zəhmətin bəhrələrini görmək bizi sevindirir. Müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri BANM-i seçməyə həvəsləndirir”.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BANM-in tələbələrini “Məzun günü” münasibətilə təbrik edib, uğurlar arzulayıblar. Vurğulanıb ki, ingilisdilli yüksəkixtisaslı mütəxəssislər hazırlayan BANM-də yetişdirilən gələcək mühəndis kadrlar Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaradır. BANM-in məzunları - ali təhsilli mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, ölkəmizə sədaqətlə xidmət edəcəklər.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və digər çıxış edənlər BANM-ə böyük rəğbət bəslədiklərini, ali məktəbin tədris proqramlarının və hazırladığı mütəxəssislərin yüksək səviyyədə olduqlarını bildiriblər.
Sonra dünyanın müxtəlif universitetlərində təhsillərini davam etdirən və transmilli şirkətlərdə fəaliyyət göstərən BANM-in ötənilki ilk məzunlarının, Heriot-Vatt Universitetinin müəllimlərinin təbriklərini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra tədbir diplomların təqdimolunması mərasimi ilə davam etdirilib.
Diqqətə çatdırılıb ki, 2017/2018-ci tədris ilində BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 16 tələbə məzun olub. Həmçinin neft-qaz mühəndisliyi ixtisası üzrə 35, kimya mühəndisliyi ixtisası üzrə 41 məzuna BANM-in və Heriot-Vatt Universitetinin diplomları verilib. BANM-i fərqlənmə ilə bitirən 12 tələbəyə diplomlar təqdim edilib. Ali məktəbin neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə ən yüksək nəticə göstərərək birinci olan məzunlar - Rəşad Nəzərəliyev, Tərlan Əliyev və Rəhim Rəhimli plaketlə mükafatlandırılıblar. Eyni zamanda, 2018-ci il məzun buraxılışında ümumi nəticəyə görə BANM birincisi olan Rəşad Nəzərəliyevin adı rəmzi kötüyə həkk edilib.
Məzunlar adından çıxış edən Məmməd Cəbrayılov, Sevinc Qafarlı, Emilya Məmmədova gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan fədakar müəllimlərinə sonsuz minnətdarlıqlarını bildiriblər.
Valideyn Zahid Allahverdiyev qızı Nigar Allahverdiyevanın artıq BP şirkətindən iş təklifi aldığını diqqətə çatdırıb. O, gənclərə yaradılan bu şərait və dəstəyə görə SOCAR-ın və BANM-in rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda mantiya geyinmiş məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib.
Hikmət Əliyev