Yeni seçilən prezident pensiyaları iki dəfə artırır

Yeni seçilən prezident pensiyaları iki dəfə artırır Meksikanın yeni seçilmiş prezidenti Andres Manuel Lopes Obrador yaşa görə alınan pensiyaları iki dəfə artıracağına söz verib.
Obrador bu barədə Mexikonun mərkəzində tərəfdarları ilə görüşü zamanı deyib.
O, həmçinin bildirib ki, hakimiyyətin ötürülməsi prosesinə başlamaq üçün sabah hazırki dövlət başçısı Enrike Penya Nyeto ilə görüşəcək. Nyeto dekabrın 1-nə kimi postunda qalacaq.
Qeyd edək ki, sol qüvvələrdən namizəd olan Lopes Abrador prezident seçkilərində 53,8 faiz səs toplayıb.

Tehsil-press.az

Oxşar xəbərlər