"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2018-ci il üçün 1-ci qrant müsabiqəsində qalib olan “Qəbələ - sağlam mühit” ictimai birliyi “«Hasilat Sənayesində Şəffaflıq» prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi” adlı layihəsinə 01.05.2018-ci il tarixində start vermişdir. Layihənin əsas məqsədi şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin rolunu gücləndirmək və korrupsiyanın azaldılmasında milli, regional və yerli təşəbbüslərə yardım etmək; korrupsiya ilə mübarizədə daha təsirli və şəffaf hökumət strategiyalarının hazırlanması və tətbiqində Azərbaycan hökumətinə dəstək olmaq; hüquqi bilikləri aşılayaraq və ictimai elektron alətlərə çıxışı təmin edərək vətəndaşların imkanlarını artırmaq yolu ilə Azərbaycanda yaxşı idarəçilik və qanunun aliliyini təşviq etməkdir.
Bu məqsədlə iyun ayında “Qəbələ - sağlam mühit” ictimai birliyi tərəfindən həyata keçirilən “«Hasilat Sənayesində Şəffaflıq» prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi” adlı layihə Balakən, Zaqatala və Qax rayonlarında maarifləndirici tədbirlər təşkil edib.
Tədbirlərdə layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında ekspert Vilayət Ramazanov təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. Məhz buna görə də “Hasilat Sənayesində Şəffaflıq” bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.
Neft, qaz və mədən sənayesində əldə edilən gəlirlərdən asılı olan ölkələrdə şəffaflığın və hesabatlılığın tətbiqi gəlirlərin düzgün idarə edilməməsi nəticəsində
ölkəyə dəyə biləcək mümkün mənfi təsirləri azalda və bu gəlirlər davamlı inkişaf və yoxsulluğun azaldılması ilə müşayiət olunan uzunmüddətli iqtisadi artıma təkan verə bilər. Bazar iqtisadiyyatı şəraitində ölkəmizin neft və qeyri-neft sahələrinin inkişaf etdiyi bir dövrdə bu problemin öyrənilməsi çox vacib və ümdə məsələlərdən biridir. Bu həm də neft-qaz mədən sənayesinin inkişafına ictimaiyyətin bilavasitə maarifləndirilməsi və əldə olunan vəsaitin dəqiq və dürüst məsrəf olunmasına nəzarətdir.
Azərbaycan Respublikasında müasir dövlət idarəçiliyi sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amillər olan şəffaflığın və hesabatlılığın artırılmasına daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə edilmiş, eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş açıqlığın təmin edilməsi, ictimai iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri bu gün də davam etdirilməkdədir.
Şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilir.
HSŞ hesabatlılıq və yaxşı idarəetmənin gücləndirilməsi, habelə yüksək iqtisadi və siyasi sabitliyin inkişaf etdirilməsinə təkan verir. Bu da öz növbəsində neft, qaz və mədən sənayesi ətrafında olan mübahisələrin qarşısını almağa köməklik edir. Ən əsası hökumət özünə olan inamı həm cəmiyyətdən, həm də investorlardan qazanmaq şansı əldə edir.
Tədbirlərdə Balakən, Zaqatala və Qax rayonundan olan fəal gənclər, şagirdlər, tələbələr, həmçinin rayon icra hakimiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin direktor və müəllimləri də iştirak etmişlər.
Tədbirdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər paylanılıb, həmçinin fəal iştirak edən şagirdlərə “Fəxri Diplom”lar verilmişdir. Sonda iştirakçılar ilə birgə xatirə şəkli çəkilib.

"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir
"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir
"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir"Qəbələ-sağlam mühit" İctimai Birliyinin "Hasilat Sənayesində Şəffaflıq" prosesləri və hesabatları barədə məktəblərdə ictimai müzakirələrin keçirilməsi adlı layihəsi uğurla həyata keçirilmişdir


Oxşar xəbərlər