Əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə fəaliyyəti vacibdir

Əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə fəaliyyəti vacibdir Türkiyənin Konya şəhərindəki Əlyazma Əsərlər Bölgə Müdirliyinin rəhbəri, professor Bəkir Şahin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Qonaq ilə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov arasında keçirilən görüşdə əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Həmçinin gələcəkdə birgə görülə biləcək işlər, həyata keçiriləcək tədbirləri barədə müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər