Ötən gün sosial şəbəkələrdə paytaxt küçələrinin birində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yayılıb. Tehsil-press.az xəbər verir ki, görüntülərdə heyvanın maşına bağlanaraq sürünməsi öz əksini tapıb.
Məsələ ilə bağlı Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov “Qafqazinfo”ya bildirib ki, hadisə dərhal polis əməkdaşları tərəfindən araşdırılıb: “Məlum olub ki, hadisə ötən ayın 9-da paytaxtın Məhəmməd Xiyabani küçəsində baş verib. Həmin şəxs 10-LO-913 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu olub. O, bölməyə dəvət olunub və məsələdən peşman olduğunu bildirib. Ancaq haqqında Yasamal rayon DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.
Mən qeyd edim ki, tarixən dədə babalarımızdan “günahdır” sözünün eşitmişik. Heç bu məsələdə inzibati tənbeh tədbirləri nəzərdə tutulmasa belə, heç bir vətəndaş belə zorakılığa yol verməməlidir. Yəni, vəhşi heyvanların belə ovlanmasında qanunvericilikdə nəzərdə tutulmuş tələblər var. Bu tələbləri yaddan çıxarmamaq lazımdır. Ona görə də bunu çəkib göndərən şəxsə minnətdarlığımızı bildiririk”.
Tehsil-press.az