Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi turizm sahəsində əməkdaşlığın inkişafına yardım etmək, Azərbaycan və Çinin turizm ehtiyatlarından səmərəli istifadə, o cümlədən bu istiqamətdəki təşəbbüsləri fəal şəkildə dəstəkləmək, ümumi turist şəbəkəsini formalaşdırmaq, turizm üzrə normativ-hüquqi sənədləri təkmilləşdirmək, vahid informasiya şəbəkəsinin tətbiq olunmasını təşviq etməkdən ibarətdir. Tərəflər təbii və mədəni irsin turizm məqsədi ilə fəal istifadəsi üçün şərait yaradacaq, ənənəvi turizm marşrutlarının bərpa edilməsi və yenilərinin açılması üçün razılaşdırılmış tədbirlər görəcək, müxtəlif aktiv turizm növlərini-dağ-xizək, piyada, su, dağ, yelkən, atçılıq, veloturizm, macəra turizm, eləcə də biznes və kənd turizmi - inkişaf etdirmək üçün addımlar atacaq. Azərbaycan və Çinin turizm bazarlarında turizm məhsullarının təbliğinə yardım edəcək. İki ölkənin turizmi barədə məlumat-propoqanda xarakterli kampaniyalar həyata keçiriləcək. Turizm bazarlarında Azərbaycan və Çin turizm məhsullarının təqdimatı üçün innovasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə turizm forum və sərgi işləri baş tutacaq. İmzalanma mərasimində AZTA İdarə Heyətinin sədri Nahid Bağırov Azərbaycanda turizm sahəsində də əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri, o cümlədən Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsun Çin və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq və qarşılıqlı anlaşmanın artırılması üçün iki ölkənin turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.
ADU-nun Mətbuat Xidməti
ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasındakı turizm əlaqələrinin inkişafı üçün əlverişli şəraitin yaranmasının vacibliyini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini diqqətə çatdırıb.
ADU-nun Mətbuat Xidməti