Turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təcrübənin öyrənilməsi əsas strateji hədəflərdəndir. Belə ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən növbəti təlimin əsas məqsədi turizm sahəsində çalışan işçiləri və universitet tələbələrini geniş fikir mübadiləsinə cəlb etməklə yanaşı, Azərbaycan və Türkiyənin timsalında beynəlxalq təcrübi bilik qazanmalarına zəmin yaratmaq olub.
Bu ali təhsil ocağının biznes idarəçiliyi fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Anar Mirzəyev ötən dövr ərzində turizm sənayesində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şəraitin yaradıldığını diqqətə çatdırıb.
Tədbirin əlaqələndiricisi, ATMU-nun marketinq kafedrasının baş müəllimi Günel Teymurova Türkiyənin təcrübəsindən və strateji hədəflərindən danışıb.
“Skype” proqramı vasitəsilə təlimə qoşulan, Türkiyənin Atatürk Universitetinin professoru Kərəm Karabulut, turizm məslək liseyinin müdiri Zekeriyə Bingöl və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, eləcə də sənaye təmsilçiləri Tərlan Quliyev və Rauf Səfərov təqdimatlarla çıxış ediblər.

Hikmət Əliyev