Rezidenturaya ixtisas seçimi bu gün başa çatır

Rezidenturaya ixtisas seçimi bu gün başa çatır Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiqləməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər