Sarkisyanın qardaşı oğlu indi də adam oğurluğunda ittiham olunur

Sarkisyanın qardaşı oğlu indi də adam oğurluğunda ittiham olunur Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan daha bir ağır cinayətdə - adam oğurluğunda ittiham olunur. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, o, 2017-ci ildə Yerevanda gecə klubu açmaq istəyən sahibkarı fikrindən vaz keçirmək üçün ona qarşı zor tətbiq edib, dəfələrlə döyüb, sonra yük maşınlarına xidmət üçün nəzərdə tutulmuş qaraja gətirib. Və burada onu döyərək bir müddət saxladıqdan sonra sahibkar bu fikrindən vaz keçib.
Qeyd edək ki, daha öncə N.Sarkisyan qanunsuz silah saxlanması, narkotik cinayəti və dələduzluqda ittiham olunaraq axtarışa verilib.

Tehsil-press.az

Oxşar xəbərlər