Yəhudi nazirdən amansız təklif - “Bombaları uşaqların üstünə atın”

Yəhudi nazirdən amansız təklif - “Bombaları uşaqların üstünə atın” İsrailin təhsil naziri Naftali Bennett bombalarının Qəzzadakı uşaqların üstünə atılmasını təklif edib.
O, bu barədə Qəzzaya son hücumların müzakirə olunduğu iclasda çıxışı zamanı bildirib:
“Heç bir hüquqi maneə yoxdur, nə üçün üstlərinə deyil, yanlarına atəş açırsınız?”.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə bu təklifə qarşı çıxıb:
“Mən uşaqlara və gənclərə atəş açılmasının doğru olduğunu düşünmürəm. Bəzən uşaqlar və gənclər şar və çərpələng uçururlar. Bombaların şarların, çərpələnglərin havaya buraxıldığı yerlərin üstünə atılmasını təklif edirsiniz? Sizinlə bu mövzuda həmfikir deyiləm, çünki bu dedikləriniz iş və əxlaq anlayışına uyğun gəlmir”.
Bennett isə sözlərinin arxasında dayandığını və İsrail ordusu bunu etməli olduğunu deyib.

Tehsil-press.az

Oxşar xəbərlər