2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ikinci tədris binasında yerləşən 2500 kv/m-lik ərazisində ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub.
Bu haqda UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib.
O qeyd edib ki, laboratoriyaların tikilməsinə və əsaslı təmir olunmasına 2016-cı ilin sonundan başlanılıb:
"Laboratoriyalara avadanlıqların alınması və quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikilişi, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edir".
V.Əsgərov bildirib ki, hazırda UFAZ-ın tədris binasında 1-ci və 2-ci kurs tələbələrinin dərslərinin aparılması üçün fizika, kimya və optik laboratoriyalar var:
"Yeni laboratoriyalardan UFAZ-la yanaşı, ADNSU tələbələri də istifadə edəcəklər. Bundan əlavə, yeni laboratoriyaların açılışı tələbələrlə yanaşı, ADNSU-da çalışan alimlərin birgə səyi ilə UFAZ-ın gələcəkdə həm də tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq".
Tehsil-press.az