Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək tələbələri ilə görüşüb.
Görüşdə M.Babanlı tələbələrin ölkəmizi və universiteti layiqincə təmsil edəcəklərinə inandığını bildirib. Yay məktəbinin əhəmiyyətini qeyd edən rektor tələbələrə tövsiyələrini verib.
UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib, onlar haqqında məlumat verib.
Tələbələrin səfər proqramı haqqında məlumat verən UFAZ-ın baş katibi Şarlotta Payen onların iki həftə müddətində görəcəyi işlər, iştirak edəcəkləri görüşlər və s. haqqında danışıb.
Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyunun 30-dan iyulun 15-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları daxildir. Dil kurslarına başlamazdan əvvəl tələbələr fransız dili səviyyəsinin qiymətləndirmə imtahanında iştirak edəcəklər. Proqramın mədəni hissəsinə məşhur abidələrə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir. Belə ki, tələbələrin Yuxarı Köniqsburq qalasına, Strasburq şəhərinin Tarix muzeyinə səfəri təşkil olunacaq.

Hikmət Əliyev