Sarkisyan Ermənistanı tərk etdi

Sarkisyan Ermənistanı tərk etdi Ermənistan Respublikaçılar Partiyasının sədri, ölkənin keçmiş prezidenti Serj Sarkisyan hazırda Avropadadır.
O, İtaliyaya yollanıb və Avropada tibbi müayinədən keçməlidir.
Nəşr bu məlumatı Ermənistan Respublikaçılar Partiyasının üzvlərindən dəqiqləşdirməyə çalışıb. ERP-in parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bunu təkzib etməyib.
“Yəqin ki. Mən işin içində deyiləm, o, müayinə üçün getməli idi. Bilirəm ki, ola bilsin, 10 gün burada olmasın”, - Baqdasaryan deyib.

Tehsil-press.az

Oxşar xəbərlər