Azərbaycan Universiteti tələbə qəbulu elan edir

Azərbaycan Universiteti tələbə qəbulu elan edir Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün bakalavriat pilləsinə tələbə qəbulu elan edir. Qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslara Dövlət Sifarişi ilə (pulsuz) qəbul mümkündür. Qəbul aparılan ixtisasların siyahısı aşağıdadır.
I Qrup
* 155114 Kompüter mühəndisliyi (Az.) – 2500 manat
II qrup
* 155122 Mühasibat uçotu və audit (Az.) – 2000 manat
* 155147 Maliyyə (Az.) - 2000 manat
* 155163 İqtisadiyyat (Az.) - 2000 manat
* 155188 Menecment (Az.) - 2000 manat
* 155211 Marketinq (Az.) - 2000 manat
* 155236 Biznesin idarə edilməsi (Az.) - 2000 manat
* 155252 Kommersiya (Az.) - 2000 manat
* 155139 Mühasibat uçotu və audit (İng.) - 2500 manat
* 155155 Maliyyə (İng.) - 2500 manat
* 155171 İqtisadiyyat (İng.) - 2500 manat
* 155196 Menecment (İng.) - 2500 manat
* 155228 Marketinq (İng.) - 2500 manat
* 155244 Biznesin idarə edilməsi (İng.) - 2500 manat
III Qrup
* 155269 Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (Az.) - 2500 manat
* 155277 Tərcümə (İngilis dili) (Az.) – 3000 manat
* 155285 Tarix (Az.) - 2500 manat
* 155293 Sosial iş (Az.) - 2500 manat
* Tədrisi ingilis dilində olan ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.
* Tədrisi ingilis dilində olan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün əlavə 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir.
* Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Semestr ərzində minimum 30 kreditlik fənn götürmüş, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
* Azərbaycan Universiteti tərəfindən təsis olunan "Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd" birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
* 2018/2019-cu tədris ilindən etibarən Azərbaycan Universitetinə qəbul olmuş 600 və yuxarı bal toplamış tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
* Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
Daha ətraflı məlumat üçün Azərbaycan Universiteti Abituriyent Məlumat Mərkəzi Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58 E-poçt: [email protected] Sayt: www.au.edu.az Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər