“SOCAR Trading” mayeləşdirilmiş təbii qaz bazarı ilə bağlı planlarını açıqlayıb (ÖZƏL)

“SOCAR Trading” mayeləşdirilmiş təbii qaz bazarı ilə bağlı planlarını açıqlayıb (ÖZƏL) Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi “SOCAR Trading” mayeləşdirilmiş təbii qazın Pakistan, Benin və Aralıq dənizi regionunda bir sıra ölkələrə tədarükü imkanlarını nəzərdən keçirir.
Bu barədə Tehsil-press.az “SOCAR Trading”dən məlumat verilib.
Məlumata görə, bugünkü günədək şirkət Maltada qaz elektrik stansiyası layihəsi üçün 12 partiya mayeləşdirilmiş təbii qaz tədarük edib:
“Mayeləşdirilmiş təbii qazla bağlı əməliyyatlara biz Maltada qaz elektrik stansiyası layihəsində iştirakdan sonra maraq göstərdik. 2017-ci ilin yanvarında bu layihə çərçivəsində işlər başladıqdan sonra “SOCAR Trading”in mütəxəssisləri bu cür əməliyyatları bütün dünyada axtarmağa başladı. Ölkələr arasında Pakistan, Benin və Aralıq dənizi regionunda bir sıra ölkələr nəzərdən keçirilir. Bu gün həmçinin Kot-d’İvuarda mayeləşdirilmiş təbii qazın təkrar qazlaşdırılması üçün terminalın tikintisi ilə əlaqədar fəal işlər aparılır”.

Tehsil-press.az

Oxşar xəbərlər