Azərbaycan Dövlət Neft Şirkətinin ticarət bölməsi olan "SOCAR Trading" şirkəti Çinin neft bazarına daxil olmaq niyyətindədir.
Tehsil-press.az-ın məlumatına görə, bunu "Reuters" agentliyinə müsahibəsində şirkətin rəhbəri Arzu Əzimov deyib.
Onun sözlərinə görə, bu məqsədlə şirkət London ofisində işləyəcək üç yeni treyder tutub: "Çinin "Unipec" şirkətinin keçmiş şöbə rəhbəri və "Shell"-in keçmiş treyderi artıq SOCAR-la əməkdaşlıq edir, daha bir treyder isə gələn il bizə qoşulacaq. Biz Çinin neft emalı zavodlarına çıxış imkanlarımızı inkişaf etdirəcəyik".
A.Əzimov bildirib ki, "SOCAR Trading" çinli emalçılara birbaşa xammal satmağı planlaşdırır.
Tehsil-press.az